Windows 10 Education

Windows 10 Education — ən təhlükəsiz, etibarlı və çevik Windows əməliyyat sistemidir. Microsoft şirkəti təhsil alanlara, kompyuterdə işlərin daha effektiv həyata keçirilməsi üçün optimallaşdırılmış və sınanmış sistem təminatını pulsuz istifadə etmək fürsətini təqdim edir. Windows 10 Education dünyanın hər bir yerində təhsil alan bütün şəxslərə tədris prosesini asanlaşdırmaq və daha maraqlı etmək üçün yardım edir. Eyni zamanda, əməliyyat sisteminin lisenziyalı versiyasını əlçatan hala gətirmişdir.

Office 365 Education

Office 365 Education — təhsil müəssisələrində oxuyan bütün tələbələr üçün hazırlanmış xüsusi təklifdir. Bu təklifi əldə edən yüz milyonlarla tələbə Microsoft şirkətinin ən qabaqcıl proqramlarından tamamilə pulsuz istifadə etmək fürsəti qazanır. Bu paketə mövcud sinfin ən yaxşı proqramları daxildir: Excel, Word, PowerPoint və Outlook.