Edulicense portalında təqdim edilmiş məlumat maarifçi xarakterlidir. Veb sayt üzərində hüquq və mülkiyyət sahiblərinin icazəsi olmadan portalın dizaynından, mətnindən və brendinqindən istifadə yolverilməzdir.

Office 365 və Windows 10 əldə edilməsi imkanı Microsoft tərəfindən təqdim edilir. Microsoft proqram təminatını yaxud onun nüsxələrini istifadəçilərə satmır və yalnız lisenziya əsasında təqdim edir. Proqram təminatını əldə edərkən, onu təhsil məqsədlərində istifadə etmək üçün siz Tərəfdaşlar siyahısında göstərilmiş tədris müəssisələrinin birində təhsil almalısınız. Lisenziyanın digər şəxslərə ötürülməsi qəti qadağandır!

İnformasiya təhlükəsizliyi – məlumatlarla iş prosesində əsas prioritet sayılır.

Lisenziyasız PT (Proqram Təminatı) istifadə edilməsi kompyuterinizi viruslara və zərərli proqramlara qarşı zəif duruma salır və bununla da bədniyyətli ünsürlər sizin sənədlərinizi və şəxsi məlumatlarınızı asanlıqla əldə edə bilərlər. Təhsil alan şəxslərin çalışdıqları layihələr, məlumatların işlənməsi və sənədlərin tərtib edilməsi üzərində rahatlığın təmin edilməsi üçün Microsoft şirkəti təhsil müəssisələri üçün xüsusi təklif hazırlamışdır. Bu layihə tamamilə pulsuz təqdim edilir və təhsil alan istənilən şəxs asanlıqla bu təkliflərdən yararlana bilər. Orijinal proqram təminatı kompyuterin məhsuldarlığını və proseslərini optimallaşdırır, zərərverici proqramlara və viruslara yoluxma riskini azaldır və texniki dəstək almasını təmin edir. Lisenziyalı PT istifadə etməklə siz işlədiyiniz informasiyaların qorunmasını və piratçlılıqla mübarizənin aparılmasını təmin edirsiniz.

Microsoft şirkətinin lisenziyalı proqram təminatından istifadə edilməsi, hər bir məhsulun istifadə qaydası ilə razılaşdığınızı bildirir:

Windows 10:

https://www.microsoft.com/en-us/Useterms/Retail/Windows/10/UseTerms_Retail_Windows_10_Russian.htm

Office 365:

https://www.microsoft.com/en-us/Useterms/Retail/Office365/University/Useterms_Retail_Office365_University_Russian.htm