Bizim xidməti necə işləyir?

  • I

1. Qeydiyyat

Qeydiyyatdan keçmək üçün saytda səhifənin yuxarısında sağ küncündə “Qeydiyyat” sözünün üzərində tıklayın və zəruri sahələri doldurun. Sonra “TƏSDİQ KODUNU ƏLDƏ ETMƏK” düyməsini tıklayın.

  • II

2. SMS kodunu almaq

Qeydiyyatdan keçərkən daxil etdiyiniz mobil nömrəyə SMS ilə 6 işarədən ibarət şifrə gələcək. Həmin şifrəni “SMS kodu” sahəsinə daxil edin və “QEYDİYYAT” düyməsini tıklayın.

  • III

3. Təhsil müəssisəsini seçin

Siyahıda təqdim edilmiş təhsil müəssisəsini, elmi dərəcənizi, bitirmə tarixini qeyd edin və “TƏSDİQLƏMƏK” düyməsini tıklayın.

  • IV

4. Edulicense-dan məktub almaq

Qeydiyyatdan keçərkən daxil etdiyiniz e-poçt ünvanına istifadəçi adınız və Microsoft şirkətinin məhsullarına keçidlər göndəriləcək.

  • V

5. İstifadəçinin təsdiqi

Microsoft məhsulunu seçdikdən sonra, yanında qeyd edilən keçidi tıklayın və “Daxil olmaq” sahəsində istifadəçi adınızı daxil edib “Növbəti” düyməsini tıklayın.

  • VI

6. Microsoft lisenziyasını əldə etmək

Açılmış pəncərədə Edulicense portalında olan profilinizin şifrəsini daxil edin. Bununla siz lisenziyanın əldə edilməsi üçün sorğunu tamamlamış olacaqsınız.

  • I

1. Əsas səhifə

http://portal.edulicense.az linkinə daxil olduqdan sonra Windows 10 yazısı olan bloka daxil olun.

  • II

2. Məhsulun əldə edilməsi

Daha sonra Microsoft Windows 10 Education səthini seçin və beləliklə siz seçdiyiniz məhsulu səbətə atırsız

  • III

3. Səbətiniz

“Səbətə” daxil olduqdan sonra siz pulsuz Windows 10 Education məhsulunu görüb “Check Out” düyməsini klikləyin

  • IV

4. İstifadə qaydaları

Bundan sonra siz məhsulun istifadə qaydaları ilə tanış olursuz və aşağıda olan ilk xanada siz hesabınızın elektron ünvanını, ikinci xanada isə adınızı və soyadınızı qeyd edirsiz. Xanaları doldurduqdan sonra siz “Accept” düyməsini klikləyirsiz

  • V

5. Sifarişin rəsmiləşdirilməsi

Sonra siz yenidən özünüz haqqında məlumatınızı doldurursuz və “Proceed with order” düyməsini klikləyib sifarişinizi təsdiqləyirsiz

  • VI

6. Məhsul açarın aktivləşdirilməsi

Növbəti səhifədə siz giriş kodunu əldə edib və məhsul açarını aktivləşdirirsiz

  • VII

7. Sistemi yeniləndirmək üçün seçim

Qarşınızda Microsoft Windows 10 Education səviyyəsinə qədər yenilənmə səhifəsi açılır və əməliyyat sisteminizdən asılı olaraq keçid linki seçirsiz

  • VIII

8. Əməliyyat sisteminin quraşdırılması

Son səhifədə siz hər əməlyyat sisteminə uyğun yükləmə ilə bağlı qaydalarla tanış olub axırda “Download tool now” düyməsini klikləyin. Və sonunda Windows 10 əməliyyat sistemini yükləmək üçün təlimatları izləyin

  • I

1. Əsas səhifə Office 365

Office 365 proqram təminatını yükləmək üçün https://products.office.com/ru-ru/student/office-in-education linkinə daxil olduqdan sonra sağ tərəfdə yuxarıda yerləşən «Установить Office» düyməsini tıklayın.

  • II

2. Office 365 quraşdırması üçün təlimat

Tıklayandan sonra sizdə Office 365 proqram təminatını yükləmək üçün təlimat pəncərəsi açılacaq

Təlimat
1. Office 365 proqram təminatının quraşdırılması haqqında məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edin:
https://support.office.com/en-us/article/download-and-install-or-reinstall-office-365-or-office-2019-on-a-pc-or-mac-4414eaaf-0478-48be-9c42-23adc4716658

2. Windows 10 Education əməliyyat sisteminin quraşdırılması haqqında məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edin:
https://docs.microsoft.com/en-us/windows-hardware/manufacture/desktop/install-windows-from-a-usb-flash-drive